Engin Fırat vəfat etdi

16:07 09.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyəli məşqçi Engin Fırat 55 yaşında vəfat edib.

Hafta.az xəbər verir ki, Moldova millisinin sabiq baş məşqçisi İstanbul  hava limanında ürək tutmasından həyatını itirib.

Qeyd edək ki, E.Fırat Moldova millisindən başqa, Keniya yığmasını,  İranda "Sepehan", "Sayfa", "Qostareş" klublarını da çalışdırıb. O, bu ilin fevralından Livanın “Nedjmex” klubunun baş məşqçisi idi.